Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dahi şəxsiyyətin əbədi irsi” adlı tədbir keçirilib

07 may 2026 | 15:15

Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dahi şəxsiyyətin əbədi irsi” adlı tədbir keçirilib. Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərindən danışaraq, Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən doğaraq Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ideyaları və xalqın milli birlik çağırışı əsasında yarandığını və bu gün partiyanın ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə kimi mühüm rol oynadığını diqqətə çatdırmışdır. Digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən, Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən və onun ideyalarının bu gün də ölkəmizin inkişafında mühüm əhəmiyyət daşıdığından bəhs ediblər. Daha sonra Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” adlı Rəqəmsal İdeya Müsabiqəsində fəal iştirakına və Qəbələ rayonunu uğurla təmsil etdiyinə görə gənc fəal Suriyə Nəsirova Fəxri Fərman ilə təltif olunub və partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib. Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş edilib.

Keçidlər