Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Qəbələ rayonunda tədbir keçirilib

08 may 2026 | 12:51

08 may 2026-cu il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə konfrans keçirilmişdir. Konfransda öncə Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri olmuş, xalqımızın xilaskarı, dahi lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən, iqtisadi islahatlardan, ideoloji prinsiplərdən danışmış, Ümummilli Liderin daxili və xarici siyasət kursu, dövlət quruculuğu konsepsiyasının Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini və yeni çalarlarla zənginləşdirildiyini diqqətə çatdırmışdır. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini  Ətayə Osmanova çıxış edərək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat vermiş, onun rəhbərliyi ilə həyata keçirilən böyük layihələrdən, Ulu Öndərin  Qəbələ rayonuna səfərlərinin əhəmiyyətindən bəhs etmişdir. Çıxış edən YAP Qəbələ rayon təşkilatının sədr müavini Anar Şirinov müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan xalqı birləşdirmək məqsədilə Yeni Azərbaycan Partiyasının yaranmasından, Heydər Əliyevin rəhbərliyi ilə partiyanın əldə etdiyi nailiyyətlərdən və bu ənənələrin bu gün də davam etdirilməsindən danışmışdır. Sonda RİH başçısı Səbuhi Abdullayev yeniyetmə və gənclərin maarifləndirilməsi məqsədilə Heydər Əliyev irsinin təbliğ və təşviqinin əhəmiyyətini vurğulamış və bu işlərdə hər kəsə uğurlar arzulamışdır.

Keçidlər