Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Bilik” yarışı

06 may 2022 | 12:15

Qəbələ Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və Rayon Təhsil şöbəsinin dəstəyi ilə 06 may 2022-ci il tarixdə Qəbələ şəhər 1 saylı tam orta məktəbin akt zalında “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü”nə həsr edilmiş Qəbələ şəhər tam orta məktəbləri arasında “Bilik” yarışı keçirilmişdir. Şagirdlərin komanda şəklində iştirak etdiyi bilik yarışı Azərbaycan dili - ədəbiyyat, tarix, riyaziyyat-həndəsə, coğrafiya, fizika, biologiya, kimya fənləri üzrə keçirilmişdir. Qaliblərin mükafatlanma mərasimində Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək yarışın məqsəd və vəzifələri haqqında məlumat  vermiş, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda gənclər siyasətinin inkişafı naminə gördüyü işlərdən danışmış, eyni zamanda belə yarışların gənclər arasında intellektual səviyyəni yüksəltmək, onların bilik və bacarıqlarını artırmaqda müstəsna əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Nəticəyə görə Qəbələ şəhər 5 saylı tam orta məktəbin komandası I yerə, Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası II yerə və Qəbələ şəhər 4 saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşdür. Qalib komandalara Gənclər və İdman idarəsinin kubok və diplomları təqdim olunmuşdur.

Keçidlər