Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə əlaqədar ehsan məclisi təşkil edilmişdir
12 dekabr 2024-cü il tarixdə Qəbələ Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə əlaqədar ehsan məclisi təşkil edilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin, YAP Qəbələ Rayon Təşkilatının,hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələrinin, şəhid ailələri, qazilər, və ağsaqqalların iştirak etdiyi tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova tədbir iştirakçılarını salamlayaraq Ümummilli Lider Heydər Əliyevin irsinin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışdığını qeyd etmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev çıxış edərək Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri olmuş, xalqımızın xilaskarı, dahi lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük layihələrdən, iqtisadi islahatlardan, Ulu Öndərin bölgələrə, o cümlədən Qəbələ rayonuna səfərlərinin əhəmiyyətindən bəhs etmiş, Ümummilli Liderin təməlini qoyduğu daxili və xarici siyasət kursunun, dövlət quruculuğu konsepsiyasının bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini və yeni çalarlarla zənginləşdirildiyini diqqətə çatdırmışdır. Tədbirdə Ulu Öndərin ruhuna dualar oxunmuş və tədbir ehsan məclisi ilə davam etmişdir.