Ümummilli liderin 102-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir
10 may 2025 | 11:25
Qəbələ rayonunda Azərbaycan Dövlətinin memarı və qurucusu, dünya səviyyəli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin kollektivləri və ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin adını daşıyan parkda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsinə böyük ehtiramlarını bildirmişlər.