Ümummilli liderin 103-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir
10 may 2026 | 12:21
Qəbələ rayonunda Azərbaycan Dövlətinin memarı və qurucusu, dünya səviyyəli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin kollektivləri və ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin adını daşıyan parkda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsinə böyük ehtiramlarını bildirmişlər.













