Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümumtəhsil məktəblərində Anım Günü keçirilmişdir

26 sentyabr 2022 | 18:34

Qəbələ rayon ümumtəhsil məktəblərində 27 sentyabr-Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 27 sentyabr Anım Günü barədə şagirdlərə ətraflı məlumat verilib. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinə başladığı şagirdlərin diqqətinə çatdırılıb. Qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı, canı bahasına qazanılmış zəfərdən və bu zəfərin həm də  “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyduğu bildirilib. Şəhid ailə üzvlərinin, Vətən müharibəsi iştirakçılarının, qazilərin iştirak etdiyi tədbirlərdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləmişlər. Tədbirlər diskusiya şəklində davam etdirilmişdir.

Keçidlər