Ümumtəhsil müəssisələrində 27 sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil edilib.
Qəbələ rayonunun bütün ümumtəhsil müəssisələrində 27 sentyabr - Anım Günü ərəfəsində silsilə tədbirlər – dəyirmi masalar, açıq dərslər, foto və rəsm sərgiləri, idman yarışları keçirilmiş, vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmişdir.Tədbirlərdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Alı Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Ordumuzun əsgər və zabitlərinin şərəfli döyüş yolundan bəhs etmiş, qazanılmış tarixi Qələbədən danışmışlar. 27 sentyabr tarixində isə bütün təhsil müəssisələrində ilk dərslər “Anım Günü”nə həsr olunmuş, şagirdlərə Vətən müharibəsində şanlı Ordumuzun qazandığı Zəfər haqqında, eləcə də, müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir. Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda, Qələbəni təmsil edən şeirlər səslənmişdir.