"Ürəklərdə əbədi iz salan insan" adlı tədbir keçirilmişdir
Qəbələ rayon Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar "Ürəklərdə əbədi iz salan insan" adlı tədbir keçirilmişdir. Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, və xalqın rifahının yüksəldilməsi, ölkəmizin siyasi, sosial-iqtisadi və mədəni inkişafının əsas istiqamətlərinin inkişaf etdirməsindən və dünya miqyasında tanıtmasından bəhs etmiş, dahi liderin Azərbaycan Mədəniyyətində rolu haqqında ətraflı söz açmışlar. Möhkəm təməl üzərində qurulan müasir Azərbaycanın qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir və qazanılan uğurlar Ulu Öndərin ideyalarının davamlılığının bariz göstəricisi olduğunu vurğulamışlar. Sonda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.













