Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

"Ürəklərdə əbədi yaşayan Dahi Şəxsiyyət" adlı tədbir keçirilib

03 may 2025 | 11:32

02 may 2025-ci il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş  "Ürəklərdə əbədi yaşayan Dahi Şəxsiyyət" adlı tədbir keçirilib. Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbin müəllim və şagirdlərinin, MKS-nin şəhər 2 saylı filialının, GİKM-in Qəbələ bölməsinin əməkdaşlarının, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin çox şaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından söz açmış, məktəblilərin ifasında Ulu Öndərə həsr olunan şeirlər səsləndirilmişdir. Sonda dahi şəxsiyyət Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.

Keçidlər