Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

05 noyabr 2025 | 14:36

04 noyabr 2025-ci il tarixdə “20 oktyabr – 20 noyabr Uşaq hüquqları aylığı” çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətinin və Dövlət Miqrasiya Xidmətinin Şəki Regional Miqrasiya İdarəsinin təşkilatçılığı ilə Qəbələ Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin İnzibati Ərazi Dairələri üzrə nümayəndələrin, rayon polis şöbəsi və digər əlaqədar nümayəndələrin iştirak etdiyi tədbirdə ölkəmizdə uşaq hüquqlarının və qanuni mənafelərinin qorunması və təmin olunması istiqamətində görülən işlərdən və eləcə də uşaqların sağlam mühitdə inkişafı üçün yaradılan şəraitdən danışılmışdır. Tədbir diskusiya şəklində davam etmişdir.

Keçidlər