"Uşaqların davranış pozuntularının diaqnostikasında CAT-ın tətbiqi” adlı onlayn təlim keçirilib
10 iyun 2022 | 15:40
10.06.2022-ci il tarixində Qəbələ RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə Qəbələ rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları üçün onlayn təlim keçirilib. Təlim zamanı Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, ADPU-nun müəllimi, doktorant, psixoloq Ülviyyə Nəhmətova tərəfindən psixoloqlara uşaqların davranış pozuntularının diaqnostikasında CAT-ın (Children Apperseptiv Test) tətbiqi və uşaqların davranış qaydaları haqqında geniş məlumat verilib. Təlim sual-cavab formatında davam edib.