Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Uşaqların hüquqlarını qoruyaq” mövzusunda maarifləndirici görüş keçirilib

07 noyabr 2023 | 16:26

7 noyabr 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, uşaq və ailələrə dəstək mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Uşaq  hüquqları aylığı” çərçivəsində “Uşaqların hüquqlarını qoruyaq” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Pərvin Pənahov təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uşaq hüquqlarının qorunması və uşaqların təhsilli, sağlam böyüməsi üçün həyata keçirilən uşaq strategiyasından və bu strategiyanın bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs etmişdir. Görüşdə çıxış edənlər uşaqların məcburi əməyə cəlb edilməsinin ləğvindən, narkomaniyaya qarşı aparılan mübarizədən bəhs etmişlər. Qarşılıqlı müzakirə şəkilində keçirilən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər