Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər” mövzusunda ictimai dinləmə keçirilib

29 iyun 2026 | 19:01

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər” mövzusunda ictimai dinləmə keçirilib. Rayonun idarə, müəssisə, təşkilatlarının, kənd bələdiyyələrinin nümayəndələrinin, rayon ümumi təhsil məktəblərinin müəllim və psixoloqlarının,  Peşə Təhsil Mərkəzinin müəllim və tələbələrinin iştirak etdiyi ictimai dinləmədə Ölkə Prezidenti İlham Əliyevin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamının mahiyyəti barədə məlumat verilmiş, rəqəmsal mühitdə uşaqların qarşılaşdığı risklər və bu risklərin uşaqların sağlamlığına təsirləri, rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzuları üzrə maarifləndirmə tədbirlərinin vacibliyindən danışmışlar.
Dinləmədə mövzu ilə bağlı mövcud problemlər və həlli yolları barədə fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış, uşaqların inkişafında ailə, məktəb və cəmiyyət əməkdaşlığının əhəmiyyəti xüsusi ilə qeyd olunmuşdur.

Keçidlər