"Uşaqların zərərli informasiyalardan qorunması” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
01 may 2025 | 16:16
Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin və təhsil sektorunun təşkilatçılığı ilə Bum qəsəbə tam orta məktəbində yuxarı sinif şagirdlərinin və valideynlərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib. Tədbirdə mobil telefonlardan, sosial şəbəkələrdən istifadənin uşaqların psixologiyasına, sağlamlığına və eləcə də təlim-tərbiyəsinə mənfi təsirlərindən danışılmış, valideynlərə övladlarının hərəkətlərini daim nəzarətdə saxlamaları, asudə vaxtlarının səmərəli təşkilində diqqətli olmaları tövsiyə edilmişdir. Tədbir sual-cavab şəklində davam etmişdir.