Vəndam qəsəbə sakinləri ilə səyyar qəbul keçirilmişdir
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Vəndam qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib. Rayon icra hakimiyyətinin məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin və qəsəbə ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi qəbulda Rayon icra hakimiyyətinin başçısı respublikamızın bu günkü uğurlu inkişafından danışmış, ölkəmizdə, o cümlədən Qəbələ rayonunda geniş tikinti-abadlıq işləri aparıldığını, həyata keçirilən tədbirlərin əhalinin sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət etdiyini vurğulamış, son illər Vəndam qəsəbəsində aparılan geniş quruculuq işlərinin nəticəsində, sosial problemlərin aradan qaldırıldığını qeyd etmişdir. Sonra qəsəbə sakinləri dinlənilmişdir. Sakinlər Qəbələ rayonunda, eləcə də Vəndam qəsəbəsində görülmüş abadlıq-quruculuq işlərinə, əhaliyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə etmiş və təkliflərini bildirmişlər. RİH başçısı əhali tərəfindən qaldırılan məsələlərin araşdırılaraq tədbir görülməsi üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.