“Vətən müharibəsi iştirakçısı” medallarının təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir
08 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sədri Əli Əsədovun müvafiq sərəncamına əsasən Qəbələ rayonundan olan müharibə iştirakçılarına “Vətən müharibəsi iştirakçısı” medallarının təqdim olunması tədbiri keçirilmişdir. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin rəisi polkovnik Anar Ağabəyov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən, qəhrəmanlıqla döyüşən əsgərlərimizin şücaətindən danışmış, müharibə iştirakçılarını “8 Noyabr - Zəfər Günü” münasibəti ilə və medala layiq görüldüklərinə görə təbrik etmiş, şəhidlərə Allahdan rəhmət, onların valideyinlərinə səbr diləmiş, qazilərə can sağlığı arzulamışdır. Daha sonra Vətən müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş rayonumuzdan olan vətən müharibəsi iştirakçılarına “Vətən müharibəsi iştirakçısı” medalları təqdim olunmuşdur. Müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.