Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Əfqan Abdurrahmanovun 50 illik yubileyinə həsr olunmuş “Bu ömrü bir nağıl bil” kitabının təqdimat mərasimi keçirilib.

25 may 2026 | 18:59

25 may 2026-cı il tarixdə Qəbələ Mədəniyyət Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant şəhid Əfqan Abdurrahmanovun 50 illik yubileyinə həsr olunmuş Qərib Hüseynin “Bu ömrü bir nağıl bil” kitabının təqdimat mərasimi keçirilib. Rayon icra hakimiyyətinin, idarə və təşkilatların nümayəndələrinin, Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazi və müharibə iştirakçılarının, Əfqan Abdurrahmanovun ailə üzvləri, təhsil aldığı və adını daşıdığı məktəblərin müəllim kollektivlərinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamış, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Qərib Hüseyn müəllifi olduğu “Bu ömrü bir nağıl bil” kitabının ərsəyə gəlmə prosesindən danışaraq Vətən uğrunda canından keçən qəhramanların xatirəsinin yaşadılması baxımından əhəmiyyətini vurğulamışdır. Çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova şəhidlərin xatirəsinin daim uca tutulduğunu, onların ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirərək, şəhidin həyat yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd etmiş, kitabın müəllifinə uğurlar arzulamış, şəhidlərə Allahdan rəhmət, ailə üzvlərinə səbr diləmişdir. Tədbirdə çıxış edən şəhidin döyüş yoldaşları, müəllimləri Əfqan haqqında xatirələrini danışmışlar. Şəhid Əfqan Abdurrahmanovun ailə üzvləri adından çıxış edən oğlu Əlibəy Abddurrahmanov atasının əziz xatirəsinin yaşadılmasına görə tədbirin təşkilatçılarına və kitab müəllifinə minnətdarlığını ifadə edərək, belə əsərləin qəhramanlarımızın tanıdılması baxımından mühüm rol oynadığını diqqətə çatdırmış, Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir. Sonda məktəblilərin ifasında şeirlər dinlənilmiş, Əfqan Abdurrahmanovun həyat yolunu əks etdirən video-çarx nümayiş etdirilmişdir.

Keçidlər