Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Vətən Müharibəsi Qəhrəmanı” şəhid Əfqan Abdurahmanovun xatirəsinə cüdo turniri keçirilib

26 may 2022 | 10:13

25 may 2022 ci il tarixdə “Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə “Vətən Müharibəsi Qəhrəmanı” şəhid Əfqan Abdurahmanovun xatirəsinə həsr olunan ənənəvi cüdo turniri keçirilib. Qəbələ Olimpiya İdman Kompleksində baş tutan turnirdə rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin və olimpiya idman kompleksinin nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları  iştirak edib. Turnirdə 2010-2012-ci il təvəllüdlü 198 cüdoçudan ibarət 18 komanda 10 çəki dərəcəsində mübarizə aparıb. Ənənəvi keçirilməsi nəzərdə tutulan turnirin ilk yarışmasında Qəbələ ilə yanaşı, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin, Ucar, Zaqatala və İsmayıllı rayonlarının  idmançıları da qüvvələrini sınayıblar.

Keçidlər