Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidi Adəm Heydərovun ailəsi ziyarət edilmişdir

04 iyun 2022 | 14:09

04 iyun 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin rəisi polkovnik Anar Ağabəyov və Qəbələ Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şahmurad Abbasov 44 günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə yüksələn Heydərov Adəm İkram oğlunun ailəsini evlərində ziyarət etmişlər. Ziyarətçilər şəhid ailəsinin problemləri ilə maraqlanmış, onları narahat edən məsələləri öyrənmiş və həlli nəzarətə götürülmüşdür. Görüş zamanı şəhidin ailə üzvləri dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər