Vətən müharibəsi şəhidi Aqşin Ənvərlinin anadan olmasının 30 illiyi ilə əlaqədar “Rənglərin əbədiyyəti” adlı sərgi keçirilib
10 dekabr 2024-cü il tarixində Qəbələ Dövlət Rəsm Qalereyası tərəfindən Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi, Baş leytenant, “Azərbaycan Bayrağı” ordenli həkim Aqşin Ənvərlinin anadan olmasının 30 illiyi ilə əlaqədar “Rənglərin əbədiyyəti “ adlı sərgi keçirilib. Şəhid valideynləri və Aqşin Ənvərlinin ailə üzvlərinin, idarə və təşkilatların nümayəndələrinin və təhsil aldığı məktəblərin müəllimlərinin iştirak etdiyi tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Qələbədən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açmış, Aqşin Ənvərlinin həyat və keçdiyi döyüş yolu haqqından danışmışlar. Sonda şəhidin ailə üzvlərinə Qəbələ Dövlət Rəsm Qalereyası tərəfindən şəhidin portreti təqdim edilib.