Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidi hərbi həkim, baş leytenant Aqşin Ənvərlinin anım gününə həsr olunmuş tədbir keçirilib

05 noyabr 2022 | 17:50

Qəbələ Rayon İncəsənət Məktəbində işğal altında olan torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan hərbi həkim, baş leytenant Aqşin Ənvərlinin anım gününə həsr olunmuş tədbir keçirilib. Təbirdə torpaqlarımız uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Məktəbin direktoru Əhməd Qəndiyev çıxış edərək Azərbaycan Respublikası Prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Qələbədən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açmış, məktəbin keçmiş şagirdi olan şəhid Aqşin Ənvərli barədə xatirələrini danışmışdır. Tədbirdə məktəbin şagirdlərinin ifasında şəhidə həsr olunmuş şeirlər səsləndirilmiş, onun uşaqlıq illərinə həsr olunmuş video-çarx nümayiş etdirilmişdir. Tədbirdə çıxış edən şəhidin atası Faiq Abdullayev övladının qəhrəmanlığından qürur hissi ilə danışaraq, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən döstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Keçidlər