Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə medalların təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir

26 may 2022 | 16:31

26 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsində göstərdikləri igidliyə görə təltif edilmiş Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə medalların təqdim olunması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində tədbir keçirilmişdir. Tədbirdə Vətən müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu, döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olmuş rayonumuzdan olan şəhidlərin ailə üzvlərinə medallar təqdim olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev tədbirdə çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük savaşda qazandığımız tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən qeyrətli, cəsur qazilərimizə, canından keçən şəhidlərimizə bir ömür boyu borclu olduğumuzu qeyd etmiş, şəhidlərə Allahdan rəhmət, onların valideyinlərinə səbr, qazilərə can sağlığı arzulamışdır. Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər