Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Vətən müharibəsi şəhidlərinin ailələri və  müharibə əlilləri Qurban bayramı münasibətilə evlərində ziyarət edilmişdir.

27 may 2026 | 12:24

27 may 2026-cı il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Vətən müharibəsində şəhadətə yüksəlmiş şəhidlərin ailələri və müharibə əlilləri Qurban bayramı münasibətilə evlərində ziyarət edilmişdir. Ziyarətçilər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğunu, şəhid ailələrinin və müharibə əlillərinin daim dövlətimizin diqqət mərkəzində saxlanıldığını qeyd edərək, bayram münasibətilə onları təbrik etmiş və bayram sovqatı çatdırmışlar. Şəhidlərin ailə üzvləri və müharibə əlilləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər