“Vətən müharibəsi” şəhidlərinin xatirəsinə həsr olunmuş gənclər arasında futbol üzrə xatirə turnirinə start verildi
26 sentyabr 2022- ci il tarixdə Qəbələ rayon İcra Hakimiyyəti və Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 27 sentyabr Anım günü ilə əlaqədar “Vətən müharibəsi” şəhidlərinin xatirəsinə həsr olunmuş gənclər arasında futbol üzrə xatirə turnirinə start verilib. Turnirə rayonun qəsəbə və kəndlərindən 8 komanda qatılıb. Turnirin açılış mərasimində Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov və Qəbələ Olimpiya İdman kompleksinin direktoru Şahismayıl Bayramov iştirak etmişlər. Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra turnirin məqsəd və vəzifələri barədə danışılmış və oyuna start verilmişdir. İlk oyun Nic qəsəbə və Böyük Pirəlli kənd komandaları arasında keçirilmişdir. Yarışlar bir neçə gün davam edəcək.