“Vətən Müharibəsi-Zəfərə aparan yol” adlı tədbir keçirilib
23 sentyabr 2026 | 18:48
23 sentyabr 2026-cı il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ rayon Tarix -Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 27 sentyabr Anım Günü ilə bağlı “Vətən Müharibəsi-Zəfərə aparan yol” adlı tədbir keçirilib. Dəyirmi masa ətrafında keçirilən tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər tarixi Zəfərimizdən, Vətən müharibəsində əsgər və zabitlərimizin misilsiz şücaətlərindən qürurla bəhs etmiş, haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulamışlar. Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.













