Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

“Vətən sevgisi – uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil olunub.

24 sentyabr 2026 | 14:23

24 sentyabr 2026-cı il tarixində Qəbələ Rayon İcra Hakimiyyəti və Qəbələ Dövlət Rəsm Qalereysının birgə təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində 27 sentyabr – Anım Günü münasibətilə “Vətən sevgisi – uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sərgidə gənc rəssamların və məktəblilərin Vətənə məhəbbət, torpaq sevgisi, azadlıq uğrunda mübarizə və qəhrəmanlıq mövzularında işlədikləri əsərlər nümayiş etdirilib. Sərgi iştirakçılar və qonaqlar tərəfindən maraqla qarşılanıb.

Keçidlər