Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xalqımızın xilaskarı, müasir, müstəqil Azərbaycan dövlətinin banisi” mövzusunda tədbir keçirilmişdir

19 oktyabr 2023 | 17:00

19 oktyabr 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və YAP Qəbələ rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Xalqımızın xilaskarı, müasir, müstəqil Azərbaycan dövlətinin banisi” mövzusunda tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini və torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksəlmiş şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər Xiyabanı kompleksini ziyarət etmiş, xatirələrini ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər. Qəbələ Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və Ümummilli Liderin keçdiyi şərəfli yolu əks etdirən film nümayiş etdirilmişdir. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının  keçdiyi uğurlu inkişaf yolundan danışmışdır.  Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev çıxış edərək Ümummilli lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının yarandığı gündən böyük ictimai dəyərlərin daşıyıcısı olduğunu, ölkə prezidenti, Partiyanın sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti sayəsində ölkə iqtisadiyyatının inkişaf etdiyini, dayanıqlı əsaslara söykənən xalq-iqtidar birliyinin yarandığnı qeyd etmişdir. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Samir Cəfərov və Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Ramil Həsən çıxışlarında Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsinin dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmiş və müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərdiyini bildirmişlər. Tədbirdə həmçinin, YAP Qəbələ rayon təşkilatının fəalları çıxış etmişlər. Sonda bir qrup YAP fəallarına rayon icra hakimiyyətinin Fəxri Fərmanı və partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiyanın üzvlük vəsiqəsi təqdim edilmişdir.

Keçidlər