Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Xalqın xilaskarı" adlı tədbir kecirilib

22 fevral 2023 | 08:42

21 fevral 2023-cü il tarixində Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Xalqın xilaskarı" adlı dəyirmi masa keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə öncə ulu öndərin və torpalarımızın işğaldan azad olunması uğrunda  döyüşlərdə şəhadətə yüksəlmiş şəhidlərin xatirəsi bir dəqiqəlik  sikutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əhməd Qəndiyev çıxış edərək Ümumilli Liderin həyat yolu və fəaliyyəti barədə geniş məlumat vermişdir. Çıxış edənlər gənclərin həyatında, eləcə də Azərbaycan mədəniyyətində Ulu Öndər Heydər Əliyevin rolu və böyük xidmətləri haqqında danışmış, milli-mənəvi dəyərlərimizin qorunmasında, inkişaf etdirilməsində bu dahi şəxsiyyətin səmərəli fəaliyyətini qeyd etmişlər. Sonda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının İncəsənət xadimləri ilə görüşlərini əks etdirən video-rolik nümayiş etdirilmişdir.

 

Keçidlər