Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Xanəndə Nəzakət Teymurova Qəbələ festivalında musiqisevərlərə xoş anlar bəxş edib

27 iyul 2025 | 12:29

Heydər Əliyev Fondunun möhtəşəm layihələrindən biri olan Beynəlxalq Musiqi Festivalı Qəbələ şəhərində uğurla davam edir. Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycandan və xarici ölkələrdən tanınmış ifaçılar, gənc istedadlar, musiqi kollektivləri iştirak edirlər. Tamaşaçılar və şəhərin qonaqları festivalın proqramına daxil olan hər bir konserti böyük səbirsizliklə gözləyirlər. İyulun 26-da axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində Bakı Dövlət Kamera Orkestrinin iştirakı ilə keçən konsertdə Xalq artisti Nəzakət Teymurova möhtəşəm ifası ilə tamaşaçılara unudulmaz musiqi bayramı bəxş edib.

Keçidlər