“Xarı Bülbül Qoxulu Zəfər Günü”adlı tədbir keçirilib
29 oktyabr 2025-ci il tarixində “Xarı Bülbül Qoxulu Zəfər Günü”adlı tədbir keçirilib. Qəbələ rayon Heydər Əliyev Mərkəzinin, Şəki–Zaqatala Regional Gənclər və İdman İdarəsinin, Qəbələ Regional Asan Xidmət Mərkəzinin, GİKM-nin Qəbələ nümayəndəliyinin, rayon təhsil sektorunun, MKS-nin şəhər 2 saylı kitabxana filialının, Qəbələ rayon Bum Qəsəbə Mədəniyyət evinin əməkdaşlarının və şagirdlərin iştirak etdiyi tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edilmişdir. Çıxışlarda xalqımızın şanlı tarixi, Vətən uğrunda döyüşən oğullarımız, şəhidlərimiz yad edilərək, bu zəfər həm millətimizin birliyinin, həm də qəhrəman ordumuzun şücaətinin təntənəsi olduğu vurğulanmışdır.













