Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

XIII Beynəlxalq Qəbələ Musiqi Festivalında ilk olaraq “Gənclərə dəstək” layihəsinin iştirakçıları çıxış edib

28 iyul 2023 | 10:51

27 iyul 2023-cü il tarixdə Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə keçirilən XIII Beynəlxalq Qəbələ Musiqi Festivalı çərçivəsində Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində “Gənclərə dəstək” layihəsinin iştirakçıları konsert proqramı ilə çıxış ediblər. Öncə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək festivalın önəmindən danışmış, "Gənclərə dəstək" layihəsinin məqsədinin gənc və istedadlı ifaçıların, bəstəkarların gələcək böyük sənət həyatına vəsiqə verməkdən ibarət olduğunu qeyd etmiş və möhtəşəm festivalın təşkilatçılığına görə Heydər Əliyev Fonduna və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etmişdir. Sonra tədbir respublika və beynəlxalq müsabiqələr laureatı olan gənc və yeniyetmələrin konsert proqramı ilə davam etmişdir. Konsert çərçivəsində görkəmli bəstəkarların əsərləri ifa olunub.

Keçidlər