Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

25 iyul 2023 | 18:48

27 iyul 2023-cü il tarixdə XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olacaq. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə baş tutacaq festival 27 iyul-2 avqust tarixlərində keçiriləcək. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünya şöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edəcək. 2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq. Festival günlərində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90, tanınmış pianoçu Bella Davidoviçin 95, dahi bəstəkarlar Sergey Rahmaninovun 150 və İohannes Bramsın 190 illik yubileyləri xüsusi musiqi proqramları ilə qeyd ediləcək, həmçinin M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc ifaçıların konserti, Mixail Lidski (piano) və Henri-David Varemanın (violonçel) ustad dərsləri də olacaq.

Keçidlər