Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalında növbəti kamera musiqisi axşamı maraqla qarşılanmışdır

31 iyul 2023 | 12:12

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı dördüncü günündə də, musiqisevərləri, şəhərimizin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirmişdir. İyulun 30-u axşam saatlarında festival çərçivəsində tamaşaçılara Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində kamera musiqisindən ibarət növbəti konsert proqramı təqdim olunub. Musiqi axşamında musiqisevərlər qarşısında  respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər. Tamaşaçılar tərəfindən maraqla qarşılanan növbəti konsertdə A.Məlikovun, R.Mirişlinin,  P.Bülbüloğlunun, R.Hacıyevin, Q.Qarayevin, V.Məmmədzadənin musuqisi ilə yanaşı V.Gervasi, E.Doqanın, F.Lisztin, R.Straussin, G.Faurenin, və F.Schubertin əsərləri səsləndirilib.

Keçidlər