Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının növbəti konserti İohannes Bramsın 190 illiyinə həsr olunub

02 avqust 2023 | 15:34

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 1-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə görkəmli alman bəstəkarı İohannes Bramsın 190 illik yubileyinə həsr olunmuş “Bramsı sevirsiniz?” adlı kamera musiqisindən ibarət konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan Respublikasının Xalq artisti, pianoçu Fərhad Bədəlbəyli, Henri-David Varema (violençel, Estoniya), beynəlxalq müsabiqələr laureatı Dennis Həsənov (violin, Rusiya), həmçinin Əməkdar artistlər Fəridə Məmmədova (soprano) və Səbinə Əsədova (mezzo-soprano) maraqlı konsert proqramı ilə çıxış ediblər. Solistləri pianoda Rebekka Maqomedova müşayiət edib.

Keçidlər