Xırxatala kəndində səyyar qəbul keçirilib
Qəbələ Rayon İcra Hakimyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu Xırxatala kəndində keçirilmişdir. Rayonun xidmət təşkilatlarının rəhbərlərinin, kənd ictimaiyyəti nümayəndələrinin və ağsaqqalların iştirak etdiyi tədbirdə icra başçısı Səbuhi Abdullayev ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq respublikamızın hər yerində olduğu kimi Qəbələ rayonunda həyata keçirilən sosial infrastruktur layihələrindən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışmışdır. Qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir çoxu yerində həll edilmiş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Görüşdə çıxış edən kənd sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.













