Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

23 iyul 2025 | 16:36

24 iyul 2025--ci il tarixdə XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olacaq. Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və "Gilan"ın dəstəy ilə baş tutacaq festival 24 iyul-29 iyul tarixlərində keçiriləcək. Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Latın Amerikası, Litva və Gürcüstandan olan dünya şöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edəcək. 2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq. Festival günlərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140, görkəmli musiqi xadimləri Rauf Atakişiyevin 100, Vasif Adıgözəlovun 90 illik yubileyləri festival çərçivəsində xüsusi konsert proqramları ilə qeyd ediləcək

Keçidlər