Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında kamera musiqisi axşamı

29 iyul 2025 | 09:26

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 28-də musiqisevərlər Heydər Əliyev Konqres Mərkəzində növbəti konsert proqramını izləyiblər. Kamera musiqisi axşamında Vurğun Vəkilov (piano), Ümidə Abasova (violin), Nərgiz Əliyeva (fleyta), Zərif Kərimova (piano), Boris Paşkin (akkordeon), Eldar İsababayev (kontrabas), Yusif Əlizadə (zərb aləti), Zərrin Əliyeva (violin), Nərgiz Kəngərli (piano) və Aytac Şıxəlizadə (mezzo soprano) maraqlı konsert proqramı ilə çıxış edib. Konsertdə Tofiq Quliyevin, Fikrət Əmirovun, V.Saparovun, F.Şopenin, F.Listin, R.Gallianonun və digər bəstəkarların əsərləri səsləndirilib.

Keçidlər