Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Xocalı faciəsi-Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır" adlı tədbir keçirilib

23 fevral 2024 | 10:32

Qəbələ rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı "Xocalı faciəsi-Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır" adlı tədbir keçirilib. Tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda və Xocalıda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Xocalı faciəsi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilmişdir. Çıxış edənlər XX əsrin sonunda baş vermiş, işğalçı və cinayətkar erməni siyasətinin nəticəsi olan, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri - Xocalı soyqırımının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü siyasətinin növbəti qanlı səhifəsi olduğunu qeyd etmiş, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun mənfur düşməni darmadağın edərək bütün dünyaya öz gücünü nümayiş etdirdiyini, işğal altında qalan torpaqlarımızın, o cümlədən Xocalının azad edilərək düşməndən qisasın alındığını diqqətə çatdırmışlar. Sonda Vətən Müharibəsi Qəhrəmanı Əfqan Abdurahmanovun adını daşıyan şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş şeirlər və kompozisiyalar səsləndirilmişdir.

 

Keçidlər