Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xocalı soyqırımı heç vaxt yaddaşlardan silinməyəcək.

24 fevral 2023 | 11:53

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 26 fevral Xocalı Soyqırımının 31-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Mərkəzin direktoru Qalib Nəbiyev çıxış edərək, Xocalı faciəsinin mənfur düşmənlərimiz tərəfindən xalqımıza qarşı törədilmiş kütləvi soyqırım hadisəsi, həmçinin, bütün bəşəriyyətə qarşı törədilmiş qanlı cinayət hadisəsi olduğunu vurğulamışdır. O, həmçinin böyük qürur hissi ilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun canı, qanı bahasına torpaqlarımızı işğaldan azad etdiyini, Vətən yolunda şəhid olmuş igidlərimizin xatirəsinin xalqımız tərəfindən heç bir vaxt unudulmayacağını, hər zaman yaddaşlarda əbədi qalacağını bildirmişdir. Çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə ermənilər tərəfindən törədilmiş qanlı Xocalı qətliamı haqqında tədbir iştirakçılarına ətraflı  məlumat vermişlər. Sonda mərkəzin tələbələri tərəfindən Xocalı soyqırımına aid bədii kompozisiya nümayiş olunmuş, Azərbaycan xalqının Zəfərinə həsr edilmiş şeirlər səslənmiş və Xocalı soyqırımından bəhs edən video-çarx izlənilmişdir.

Keçidlər