“Xocalı soyqırımı – qan yaddaşımız” adlı tədbir keçirilib
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzin birgə təşkilatçılığı ilə Xocalı facisəinin 33-ci il dönümünə həsr olunmuş “Xocalı soyqırımı – qan yaddaşımız” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə ilk olaraq Xocalı qətliamı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Ermənistanın dövlət səviyyəsində uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi etnik nifrət, irqi ayrı-seçkilik və zorakılıq siyasətinin tərkib hissəsi olduğunu bildirərək, erməni təcavüzkarları tərəfindən törədilən soyqırımının hələ də dünya ictamaiyyəti tərəfindən tanınmamasına, bəşəriyyətə qarşı bu qəddar cinayətə hüquqi-siyasi qiymətin verilmədiyini qeyd etmişlər. Sonda Xocalı faciəsinə həsr olunmuş qısametrajlı film nümayiş olunmuş, Çuxur Qəbələ kənd tam orta məktəbin şagirdlərinin ifasında Vətənə, Xocalıya, doğma torpağa həsr olunan şeirlər səsləndirilmişdir.













