“Xocalı soyqırımı – qan yaddaşımız” mövzusunda tədbir keçirilib
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun və Qəbələ Arxeoloji Mərkəzin birgə təşkilatçılığı ilə keçirilən “Xocalı soyqırımı – qan yaddaşımız” mövzusunda tədbir keçirilib. Öncə Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Azərbaycan xalqının 200 il ərzində etnik təmizləmə, soyqırım siyasətinə məruz qaldığını, xalqımızın tarixi torpaqlarından qovulduğunu bildirərək, Xocalı soyqırımın təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edilib. Sonda Nic qəsəbə 1 saylı tam orta məktəbin şagirdləri tərəfindən “Biz qayıtmışıq Xocalı!” adlı bədii kompozisiya nümayiş olunub.













