Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar "İlk dəfə Heydər Əliyevin siyasi qiymət verdiyi bəşəri cinayət - Xocalı Soyqırımı" adlı tədbir keçirilib 

25 fevral 2025 | 17:53

Heydər Əliyev Mərkəzi, GİKM-in Qəbələ bölməsi və Qəbələ Regional "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar "İlk dəfə Heydər Əliyevin siyasi qiymət verdiyi bəşəri cinayət - Xocalı Soyqırımı" adlı tədbir keçirilib. Tədbirdə ilk öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının təfərrüatlarından, erməni təcavüzkarlarının törətdikləri vəhşiliklərdən, amansızlıqlardan, cinayətin yaddaşlardan silinməyəcək dəhşətlərindən bəhs etmiş, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırım qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını vurğulamışlar. Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Keçidlər