Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı-Qan Yaddaşımız” adlı tədbir keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – Unudulmaz haray” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsində şəhid olmuş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Çıxış edənlər Xocalı soyqırımının bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olduğunu, 30 il işğal altında qalan torpaqların Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə azad etməklə bərabər, Xocalı faciəsi qurbanlarının və doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin qisasının alındığını qeyd etmişlər. Sonda tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilmiş, Xocalı soyqırımını əks etdirən sərgi və videoçarxlar nümayiş olunmuşdur.













