Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xocalı soyqrımına hüquqı-siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verildi” adlı tədbir keçirilib

23 fevral 2023 | 16:01

23 fevral 2023-ci il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzində ”Xocalı soyqırımına hüquqi-siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verildi” adlı tədbir keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin və Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Mərkəzin baş fond mühafizi Kəmalə Qasımova açaraq Xocalı soyqırımı haqqında geniş məlumat vermiş, soyqırımı haqqında həqiqətlərin  dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndərin rolundan danışmışdır. Mövzu ətrafında çıxış edənlər bu faciənin təkcə Azərbaycan xalqına deyil bütün bəşəriyyətə, insanlıq əleyhinə törədilmiş cinayət olduğunu qeyd etmişlər. Tədbirdə iştirak edən Şuşa 24 saylı məktəbin şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş səhnəcik göstərilmiş, şeirlər səsləndirilmişdir.

Keçidlər