Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

XV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan Muğam Axşamı tamaşaçıların böyük marağına səbəb olmuşdur

01 avqust 2026 | 11:36

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalının yaddaqalan səhifələrindən biri zəngin milli musiqi irsimizə həsr olunmuş Muğam Axşamı olub. Respublikanın Əməkdar artisti Sahib Paşazadənin rəhbərlik etdiyi ansamblın müşayiəti ilə Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Təyyar Bayramov, eləcə də muğam müsabiqəsinin laureatları Mirələm Mirələmov, Kamilə Nəbiyeva və Sərxan Bünyadzadə  füsunkar ifalar təqdim ediblər. Proqramda “Bayatı-Şiraz”, “Segah”, “Şur” təsnifləri, bəstəkar mahnıları və ürəkləri ovsunlayan “Qarabağ şikəstəsi” zərb muğamı səsləndirilib. Tamaşaçıların gurultulu alqışları ilə yekunlaşan Muğam axşamı əsil musiqi bayramına çevrilib.

Keçidlər