Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala konserti oldu

30 iyul 2026 | 15:38

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalının  ilk günü özəl təqdimatla yadda qalıb. İyulun 29-da axşam saatlarında açıq səma altında balet qala-konserti keçirilib. Məşhur balet ulduzlarının iştirakı ilə baş tutan bu unudulmaz gecə klassik balet sənətinin gözəlliyini və zərifliyini tamaşaçılara təqdim edib. Qala-konserti rəsmi şəxslər, mədəniyyət xadimləri, sənətsevərlər və ictimaiyyət nümayəndələri izləyiblər. Səhnəyə Azərbaycanın Əməkdar artisti, Mariinski Teatrının aparıcı solisti Timur Əsgərov və həmin teatrın aparıcı solisti Renata Şakirova, Bavariya Dövlət Baletinin solistləri Frederik Stukviş və Janna Qubanova, Rusiyanın Bolşoy Teatrının balet truppasının premyeri Artyom Ovçarenko və birinci solisti Anna Tixomirova, Vyana Dövlət Baletinin solistləri Alessandro Frola və Medison Yanq, Niderland Milli Baletinin solistləri Cessika Xuan və Vsevolod Maievskyi çıxıb. Qala-konsertdə dünyaşöhrətli bəstəkarların əsərləri səhnələşdirilib.

Keçidlər