XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub
İyulun 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli tədbirdə çıxış edərək bildirib ki, artıq 15 ildir bu festival uğurla keçirilir. Festivalın açılışı konsertində Azərbaycanın Xalq artisti Ramiz Məlik-Aslanovun dirijorluq etdiyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin müşayəti ilə əməkdar artist Elvin Hoca Qəniyev (violin), Aysun Mahmudzadə (soprano), Şəmistan Əliyev (klarnet) və Vaqif Qurbanovun (violonçel) ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.













