Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

"XX əsrin faciəsi - Xocalı" adlı tədbir keçirilib

24 fevral 2025 | 16:49

Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33 -cü ildönümünə həsr olunmuş "XX əsrin faciəsi Xocalı" adlı tədbir keçirilib. Qəbələ Dövlət  Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə öncə Xocalı soyqırımının günahsız qurbanlarının habelə şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımı zamanı minlərlə arxeoloji ,tarixi -memarlıq abidələrinin məhv edildiyini diqqətə çatdıraraq, bu gün dünyanın bir çox ölkələrində Xocalı soyqırımının tanınması barədə qətnamələr qəbul edildiyini, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən "Xocalıya ədalət" kompaniyasının dünyanın 50-dən çox ölkəsində uğurla həyata keçirildiyini bildirmiş, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun mənfur düşməni darmadağın edərək bütün dünyaya öz gücünü nümayiş etdirdiyini, işğal altında qalan torpaqlarımızın, o cümlədən Xocalının azad edilərək düşməndən qisasın alındığını diqqətə çatdırmışlar.  Sonda "Xocalı - Bir millətin kədəri" adlı sənədli film nümayiş olunmuşdur.

Keçidlər