Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"XX əsrin Xocalı faciəsi" adlı tədbir həyata keçirilib

24 fevral 2023 | 11:51

23 fevral 2023 - cü il tarixində Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə "XX əsrin Xocalı faciəsi" adlı tədbir keçirilib.  Qəbələ rayonunda müvəqqəti məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər və müxtəlif təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda və Xocalıda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Muzeyin  direktoru Bəxtiyar Vəliyev tədbiri giriş sözü ilə açaraq 1992 - ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarına zidd olaraq Xocalını işğal etməsi, yerli əhaliyə qarşı törədilmiş xüsusi amansızlıq və qəddarlıqlar, girovlara qarşı tətbiq edilmiş ağır işgəncələr və ən başlıcası Ulu Öndər Heydər Əliyev tərəfindən bu faciəyə hüquqi qiymət verilməsi ilə bağlı çıxış etmişdir. Natiq vurğulamışdır ki, xalqımız hər il Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir və anım günü Azərbaycan xalqının milii birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib. Tədbirdə  məcburi köçkün düşən  Xocalı vətəndaşları həmin günlərin canlı şahidi olaraq acı xatirələrindən danışdılar. Sonda "Xocalı nişanəsi" adlı qısametrajlı film nümayiş etdirilmişdir.

Keçidlər